Hindistanda hərbi bazada baş verən atışmada 4 terrorçu öldürülüb

Hindistanda hərbi bazada baş verən atışmada 4 terrorçu öldürülüb
# 02 yanvar 2016 07:33 (UTC +04:00)

Bakı - APA. Silahlı şəxslər Hindistanın Pathankot şəhərində Hərbi Hava Qüvvələrinə məxsus bazaya hücum edib.

APA-nın xəbərinə görə, bu barədə Hindistanın ANI agentliyinin “Twitter” ünvanında məlumat verilib. Hərbçilərlə terrorçular arasında düşən atışmada hücum edən şəxslərdən 4-ü zərərsizləşdirilib. Atışma zamanı iki hərbçi həlak olub.

“Silahlı şəxslər və təhlükəsizlik qüvvələri arasında atışma başa çatıb. Atışmada Hindistan Milli təhlükəsizlik Qvardiyasının 50 əsgəri iştirak edib. Lakin bazanın ərazisi hələ ki, silahlılardan təmizlənməyib”, - deyə məlumatda bildirilir.

Atışmanın 4 saata yaxın davam etdiyi xəbər verilir.

“IBNLive” portalı daha bir nəfərin yaralandığı barədə məlumat verib. Mənbənin bu portala verdiyi məlumata görə, silahlı şəxslər Hindistana Pakistanın Bahavalpur şəhərindən 4 gün əvvəl gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR