Mard: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər arasında dialoqun qurulması vacibdir”

Mard: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər arasında dialoqun qurulması vacibdir”
# 20 iyun 2016 13:02 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda gözlənilən görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müsbət addımdır”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M. Mard vurğulayıb ki, Avropa İttifaqı münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan bütün addımları dəstəkləyir: “Avropa İttifaqı olaraq biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq, münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün səyləri, o cümlədən ATƏT-in Minsk qrupunun səylərinin dəstəkləyirik. Bu görüş əlbəttə ki, münaqişənin həlli istiqamətində müsbət addımdır”.

M. Mard vurğulayıb ki, münaqişənin hərtərəfli həllinə nail olmaq üçün tərəflər arasında dialoqun qurulması vacibdir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR