FHN-də xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilib

FHN-də xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilib
# 16 fevral 2016 14:07 (UTC +04:00)

Bakı-APA. Fevralın 16-da Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilib.

APA-nın nazirıiyin saytına istinadən verdiyi xəbərə görə, qonaqlar, əvvəlcə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, eyni zamanda, Multi-media Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Sonra nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə hərbi attaşelərə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər, nazirliyin beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Görüşdə, həmçinin, FHN-nin fəaliyyətinə həsr olunmuş sənədli film və keçirilmiş irimiqyaslı təlimdən bəhs edən videoçarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR