ABŞ-da terrorçuluqda şübhəli bilinən iki İraq vətəndaşı həbs edilib

ABŞ-da terrorçuluqda şübhəli bilinən iki İraq vətəndaşı həbs edilib
# 08 yanvar 2016 07:05 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ-ın Sakramento və Hyuston şəhərlərində İraq vətəndaşı olan iki fələstinli saxlanılıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, onlar beynəlxalq terorçu şəbəkəyə mənsub olmaqda şübhəli bilinirlər.

Məhkəmə sənədlərinə əsasən, həmin şəxslərdən biri 2012, digəri isə 2009-cu ildə ildə ABŞ-a suriyalı qaçqın kimi gəlib. Məlumatlı mənbənin xəbərinə görə, hazırda onların tanış olub-olmaması müəyyənləşdirilir.

Sakramentoda həbs edilən 23 yaşlı Avs Məhəmməd Yunis əl Cəyab Suriya ərazisində hərbi əməliyyatlarda iştirakda və hakimiyyət nümayəndələrinə yalnış məlumat verməkdə şübhəli bilinir.

Hyustonda tutulan Ömər Fərəc Səid əl-Hardan isə İŞİD-i maliyyələşdirməkdə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR