ABŞ Dövlət Departamenti Ukraynada nazirin istefasını şərh edib

ABŞ Dövlət Departamenti Ukraynada nazirin istefasını şərh edib
# 04 fevral 2016 02:38 (UTC +04:00)

Bakı-APA. ABŞ Dövlət Departamenti Ukrayna hökumətini şəxsi maraqları kənara qoyub, ziddiyyətlərə üstün gələrək islahatları davam etdirməyə çağırır.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

“Bizim Ukraynanın İqtisadi İnkişaf naziri Ayvaras Abromaviçusun istefa haqqında məlumatımız var. Qeyd etmək lazımdır ki, A.Abromaviçus və onun komandası Ukraynada mühüm islahatlar həyata keçirib. Bu islahatlar, ilk növbədə, iqtisadiyyatın stabilləşdirilməsi, korrupsiyanın aradan qaldırılması və Ukraynanın Beynəlxalq Valyuta Fondunun kredit proqramlarının tələblərinə uyğunlaşdırılmasına yönəlmişdi. Ümid edirik ki, A.Abromaviçusun istefasına baxmayaraq, bu səylər davam etdiriləcək”, deyə C.Kirbi bildirib.

Xatırladaq ki, fevralın 3-də Ukrayna İqtisadi İnkişaf naziri Ayvaras Abromaviçus tutduğu vəzifədən istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR