Şəkidə 67 yaşlı kişi intihar edib

Şəkidə 67 yaşlı kişi intihar edib
# 25 sentyabr 2015 14:31 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə intihar hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki şəhəri, 4-cü rayon Güləkli küçəsi ev 4 ünvanında yaşayan, 1948-ci il təvəllüdlü Akif Məmməd oğlu İbrahimovun meyiti asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb. Araşdırma zamanı 67 yaşlı Akif İbrahimovun intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR