ABŞ İŞİD-in Liviyadakı mövqelərinə hava zərbələri endirib

ABŞ İŞİD-in Liviyadakı mövqelərinə hava zərbələri endirib
# 01 avqust 2016 23:08 (UTC +04:00)

Bakı-APA. ABŞ aviasiyası İŞİD terror qruplaşmasının Liviyanın Sirt şəhərindəki mövqelərinə hava zərbələri endirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk bəyan edib.

Onun sözlərinə görə, zərbələr Liviyanın Milli Birlik hökumətinin xahişi və prezident Barak Obamanın sərəncamı əsasında endirilib.

“Liviya ərazisində terrorçulara qarşı əməliyyat bundan sonra da davam edəcək”, deyə P.Kuk vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR