Bakıda ağac aşaraq 3 avtomobili əzib

Bakıda ağac aşaraq 3 avtomobili əzib
# 04 dekabr 2015 02:34 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakıda əsən güclü külək təsirsiz ötüşməyib. APA-nın məlumatına görə, paytaxtda güclü küləyin əsməsi nəticəsində ağac aşaraq 3 avtomobili əzib. Hadisə Sabunçu rayonu, Əhməd Cavad küçəsində qeydə alınıb. Güclü küləyə tab gətirməyən ağac yaşayış binasının həyətində olan avtomobillərin üzərinə aşıb. Nəticə 3 avtomobilə ziyan dəyib.

Bina sakinləri hadisə barədə aidiyyəti qurumlara məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR