Los-Ancelesdə polis təqib etdiyi avtomobil sürücüsünü güllələyib

Los-Ancelesdə polis təqib etdiyi avtomobil sürücüsünü güllələyib
# 02 oktyabr 2016 04:24 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) polis əməkdaşları təqib etdikləri avtomobil sürücüsünə atəş açaraq öldürüblər.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, şübhəli şəxs qaçırdığı avtomobildə polisdən uzaqlaşmağa çalışıb. İnsident zamanı daha bir nəfər yaralanıb.

Məlumata görə, hadisə yerinə baş vermiş insidentdən hiddətlənmiş çoxlu sayda yerli sakin toplaşıb. Digər təfərrüatlar hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR