Qazaxıstan parlamenti Xəzərin ekologiyasının mühafizəsi ilə bağlı sənədi ratifikasiya edib

Qazaxıstan parlamenti Xəzərin ekologiyasının mühafizəsi ilə bağlı sənədi ratifikasiya edib
# 03 mart 2016 14:19 (UTC +04:00)

APA-nın “Novosti-Kazaxstan”a istinadən verdiyi məlumata görə, sənəd Qazaxıstan parlamentinin Yuxarı Palatasında təsdiqlənib.

Xəzər dənizinin su mühitinin müdafiəsi üzrə çərçivə konvensiyası protokolunun məqsədi Xəzəryanı ölkələr tərəfindən neft dağılmaları zamanı fərdi və birgə tədbirlərin görülməsini təmin etməkdir.

Qeyd edək ki, sözügedən protokol Azərbaycan , İran, Qazaxıstan və Rusiya nümayəndələri tərəfindən 12 avqust 2011-ci il tarixində Qazaxıstanın Aktau şəhərində Tehran konvensiyası tərəflərinin konfransının sessiyasında imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR