"DəmirBank"ın əmanətləri qısa müddətə yüksək gəlir gətirir

"DəmirBank"ın əmanətləri qısa müddətə yüksək gəlir gətirir
# 29 dekabr 2015 08:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” əhaliyə əmanət yerləşdirərək qısa müddətə yüksək gəlir əldə etməyi təklif edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, 1, 3, 6, 9 və ya 12 aylıq açılmağından asılı olmayaraq dollar əmanətləri üzrə faiz dərəcəsi illik 9%, manat əmanətləri üzrə isə 14% təşkil edir.

İstənilən şəxs minimum 100 manat ilkin mədaxil edib əmanət hesabı açdırmaqla, bu imkandan yararlana bilər. Faiz gəlirlərini müştərinin istəyinə əsasən aylıq, rüblük və ya müddətin sonunda əldə etmək mümkündür. Qeyd etmək lazımdır ki, əmanət hesabını “DəmirBank”ın istənilən filialında açdırmaq mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 min manat təşkil edir.

26 illik zəngin tarixə malik “DəmirBank”ın hazırda ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə regionlarda yerləşir. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR