İmişlidə 8 otaqlı ev yanıb

İmişlidə 8 otaqlı ev yanıb
# 22 iyun 2016 20:42 (UTC +04:00)

Bakı-APA. İmişlidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 174 kv.m olan birmərtəbəli 8 otaqlı evin 3 otağının tavanı 48 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR