Kerri ukraynalı pilot Nadejda Savçenkonu dərhal azad etməyə çağırıb

Kerri ukraynalı pilot Nadejda Savçenkonu dərhal azad etməyə çağırıb
# 25 mart 2016 01:20 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri Rusiyada 22 il həbs cəzasına məhkum edilən ukraynalı pilot Nadejda Savçenkonun vətəninə qaytarılmasının vacib olduğunu bildirib. APA-nın “İnterfaks”a instinadən verdiyi xəbərə görə, bu barədə Kerri Moskvada keçirdiyi danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“Mən həmçinin Nadejda Savçenkonun məsələsinə toxunaraq, onun Ukraynaya dönməsinə icazə verilməsinin vacib olduğunu bildirdim”, - deyə Kerri qeyd edib.

“Bu humanitar xarakterli məsələdir və o dərhal həll olunmalıdır”, - deyə Con Kerri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR