Orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb
# 19 iyul 2016 17:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələri bu gün saat 18:00-dan etibarən TQDK-nın rəsmi internet səhifəsində yerləşdirib.

Müsabiqənin nəticələri haqqında məlumatı həmçinin "Azercell", "Bakcell" və "Nar Mobile" nömrələrindən mobil telefonla abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

faizi

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr üzrə cəmi

Dövlət ödənişsiz

4193

3933

133

4066

96.90

Dövlət ödənişli

4486

3927

146

4073

90.57

Özəl

780

783

0

783

100.00

Cəmi

9459

8643

279

8922

94.15

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2016‑cı il iyulun 21-dən 29-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR