Fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimləri təltif olunub

Fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimləri təltif olunub
# 01 mart 2016 15:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin təltifolunma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev açıb. O bildirib ki, təltif edilən mədəniyyət və incəsənət xadimləri öz işləri ilə fərqləniblər: “Bu gün təltif edilənlər arasında Eldar Quliyevi, Aftandil İsrafilovu və digər xadimləri görmək mənim üçün çox xoşdur”.

Nazir qeyd edib ki, mədəniyyət və incəsənət xadimlərinin təltif edilməsi dövlət tərəfindən onlara böyük bir dəstəkdir: “Bu, böyük bir qayğıdır. Bizi qarşıdan gələn aylarda böyük tədbirlər gözləyir. Azərbaycanda beynəlxalq tədbirlər keçiriləcək. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsi Azərbaycana həvalə olunub. Bu forum Azərbaycan mədəniyyəti və incəsənəti dünya ictimaiyyətinə çatdırılması üçün bir vasitədir”.

Sonda mədəniyyət və incəsənət xadimlərinə orden, medal və fəxri adlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR