Dövlət Bayraq Meydanı Kompleksinin sabiq sədri ilə birlikdə tutulan şəxsin vəsatəti təmin edilməyib

 Dövlət Bayraq Meydanı Kompleksinin sabiq sədri ilə birlikdə tutulan şəxsin vəsatəti təmin edilməyib
# 23 fevral 2016 13:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Səbail rayon Məhkəməsində həbsdə olan İsfəndiyar İsfəndiyarovun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb. İ. İsfəndiyarovun vəkili İradə Cavadovanın APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR