Rusiyada azərbaycanlı kişi həmyerlisini qətlə yetirib

Rusiyada azərbaycanlı kişi həmyerlisini qətlə yetirib
# 29 mart 2016 07:35 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Kamçatka vilayətində azərbaycanlı kişi həmyerlisini qətlə yetirib.

APA-nın “trud-ost.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə martın 24-də qeydə alınıb. Həmin gün 10-a yaxın şəxs bir neçə il əvvəl ağır xəstəlik keçirən 48 yaşlı azərbaycanlının “ikinci doğum günü”nü qeyd edib. Spirtli içki qəbul edən məclis iştirakçıları arasında mübahisə yaranıb. Mübahisə zamanı 34 yaşlı azərbaycanlı “ikinci doğum günü” qeyd olunan həmyerlisinə bıçaqla xəsarət yetirib. Sinəsindən bıçaq xəsarəti alan 48 yaşlı kişi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətldə təqsirləndirilən azərbaycanlı saxlanılıb. Onun barəsində qəsdən sağlamlığa xəsarət yetirmə və ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR