Ağdaşda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

 Ağdaşda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 14 dekabr 2015 09:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 12-də saat 06 radələrində Ağdaş şəhərində rayon sakini Etibar Səfərovun idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Tural Bayramovun idarə etdiyi “Geely” markalı avtomobillər toqquşub. Nəticədə T.Bayramovun sərnişinlərindən qızı Ayan və həmyerlisi Hüseyn Bayramlı ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR