Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Apelyasiya Şurasının ilk iclası keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Apelyasiya Şurasının ilk iclası keçirilib
# 16 fevral 2016 15:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apelyasiya Şurasının ilk iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iclasda qeyd edilib ki, ictimai əsaslarla fəaliyyət göstərəcək Apelyasiya Şurasının yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsidir.

İclasda daxil olan şikayətlərlə əlaqədar araşdırmaların hərtərəfli, tam və obyektiv aparılmasına dair, eləcə də şikayətlərlə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR