Malidə girov götürülən Türkiyə vətəndaşları azad olunublar

Malidə girov götürülən Türkiyə vətəndaşları azad olunublar
# 20 noyabr 2015 12:24 (UTC +04:00)

Bakı-APA. Malinin paytaxtı Bomako şəhərində “Radisson” hotelində saxlanılan girovlardan 5 nəfəri Türkiyə Hava Yolları (THY) şirkətinin əməkdaşıdır.

APA-nın DHA-ya istinadən xəbərinə görə, THY əməkdaşları artıq azad olunublar. Onlar Türkiyə vətəndaşları olan pilot və digər ekipaj üzvləridir.

Qeyd edək ki, ümumilikdə 170 nəfər girov götürülüb, onlardan 140-ı qonaq, 30-u isə hotel əməkdaşıdır.

Hotelə giriş və çıxış qadağan edilib. İndiyədək 3 nəfərin öldürüldüyü barədə xəbər yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR