Avstraliya müxalifətinin lideri parlament seçkilərində məğlubiyyətlərini etiraf edib

Avstraliya müxalifətinin lideri parlament seçkilərində məğlubiyyətlərini etiraf edib
# 10 iyul 2016 07:20 (UTC +04:00)

Bakı-APA. Avstraliya müxalifətinin lideri Bill Şorten Leyborist Partiyasının iyulun 2-də keçirilən parlament seçkilərində məğlubiyyətə uğradığını etiraf edib.

APA-nın ABC telekanalına istinadən verdiyi məlumata görə, indiyə qədər səslərin 79,6 faizi sayılıb və hazırkı nəticələrə görə hakim Liberal-Milli Koalisiya parlamentdə 74 yer, leyboristlər 66 yer qazanırlar. Liderlərə səsvermədə qalibiyyət üçün 76 yer lazımdır. B. Şoten deyib ki, baş nazir Malkolm Ternbull ya azlıq, ya da çoxluq hökuməti formalaşdırmalıdır: “Mən Malkolm Ternbullu təbrik edirəm. Bizim partiyamız hökumətlə qarşılıqlı anlaşma əldə etmək üçün çalışacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR