SOCAR Ceyhan limanından dünya bazarlarına çıxardığı neftin həcmini 2% artırıb

SOCAR Ceyhan limanından dünya bazarlarına çıxardığı neftin həcmini 2% artırıb
# 03 mart 2016 13:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral ayı ərzində 2 mln. 387 min 142 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, 2015-ci ilin fevral ayı ilə müqayisədə 1,80% çoxdur. Bu həcmin 1 mln. 342 min 125 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 5 mln. 235 min 233 ton təşkil edib. Bu, ötən ilin iki ayı ilə müqayisədə 8,52% çoxdur.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il mart ayının 1-ə qədər Ceyhan limanından 296 mln. 429 min 005 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR