Britaniya Mərkəzi Bankı bazara 345 mlrd. dollar həcmində əlavə likvidlik verəcək

Britaniya Mərkəzi Bankı bazara 345 mlrd. dollar həcmində əlavə likvidlik verəcək
# 24 iyun 2016 14:25 (UTC +04:00)

Bakı - APA-Economics. Britaniya Mərkəzi Bankı ("Bank of England") Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra maliyyə sektorunun dayanıqlığı üçün 250 mlrd. funt sterlinq (345 mlrd. dollar) həcmində əlavə likvidlik vermək niyyətindədir.

"APA-Economics" xəbər verir ki, bu barədə bankın icraçı direktoru Mark Karni deyib.

Onun sözlərinə görə, Britaniya bankları sön dövrlər 130 mlrd. funt sterlinq (179 mlrd. dollar) həcmində əlavə likvidlik cəlb edib: "Bu, onlara öz bizneslərini dəstəkləməyə verəcək".

İcraçı direktor əlavə edib ki, tənzimləyici bazarı dəstəkləmək üçün bütün zəruri addımları atacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR