İrəvanda aksiya iştirakçıları hökumətə ultimatum verib

İrəvanda aksiya iştirakçıları hökumətə ultimatum verib
# 26 iyul 2016 01:23 (UTC +04:00)

Bakı-APA. Yerevanda polis alayının binasını zəbt edən silahlılara dəstək aksiyası sona çatıb.

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, müxalif “Təsis Parlamenti” təşkilatının nümayəndəsi Alek Yenigomşyan bəyan edib ki, xalq hökumətə səhər saat 09:00-dək vaxt verir.

“Biz unutmuruq ki, bu hərəkat mühüm dəyişikliklər naminə başlayıb. Əsas məqsədimiz – hakim rejimin istefasıdır”, deyə Alek Eniqomşyan bildirib.

İyulun 25-də İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında müxalifətin növbəti mitinqi keçirilib. Nümayişçilər silahlı qrupu qida, rabitə, tibbi xidmətlə təmin edilməsini, eləcə də zəbt edilən binada elektrik enerjisinin bərpasını tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR