“Nar” yenilənmiş “Ailəm” paketini təqdim edib

“Nar” yenilənmiş “Ailəm” paketini təqdim edib
# 18 avqust 2016 15:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Nar” öz müştərilərinə yenilənmiş “Ailəm” paketini təqdim edib.

“Azerfon” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, “Nar” istifadəçilərinə doğmaları və yaxınları ilə pulsuz danışmaq fürsəti verən “Ailəm” paketi 4 nömrədən ibarətdir. Paketə daxil olan nömrələr arasında zənglər 3 ay müddətində pulsuzdur. Dördüncü aydan etibarən, bu zənglərin dəqiqəsi 1 qəpik olaraq hesablanır. Paket daxilində ölkədaxili bütün istiqamətlərə zənglərin dəqiqəsi 4 qəpikdir. Bundan başqa, “Ailəm” paketinə qoşulduqda, istənilən “Turbo” internet paketini sifariş etmək mümkündür.

Qeyd edək ki, 4 “Nar” nömrədən ibarət olan “Ailəm” paketinin dəyəri cəmi 6 manatdır. Həmçinin, paketə mövcud “Nar” abunəçiləri və mobil nömrələrin daşınması xidməti vasitəsilə “Nar”a keçmiş digər operatorların abunəçiləri də qoşula bilərlər. Nömrələrini 1 paket daxilində birləşdirmək istəyən 4 “Nar” abunəçisinin şəxsiyyət vəsiqələri ilə birlikdə “Nar” mərkəzlərindən birinə müraciət etmələri kifayətdir.

“Ailəm” paketi haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR