Hərb Tarixi Muzeyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

Hərb Tarixi Muzeyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib
# 31 mart 2016 14:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Hərb Tarixi Muzeyində "31 Mart - azərbaycanlıların soyqırımı tarixin qanlı səhifəsidir" mövzusunda anım tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hərbi təhsil müəssisələrinin, hərbi hissələrin, veteran təşkilatlarının, şəhər muzeylərinin və digər idarələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə Ermənistanın tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinin dəhşətli nəticələrindən danışılıb. Bildirilib ki, Azərbaycanlılara qarşı soyqırım siyasəti erməni şovinist millətçiləri tərəfindən yüz illər boyu planlı surətdə həyata keçirilib.

Anma tədbirində Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Çıxışlarda ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımların dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.

Tədbirdə soyqırımlar nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyi, terror və təcavüzə məruz qaldığı, doğma torpaqlarından deportasiya olunduğu, ermənilərin bu təcavüzkar siyasətinin bu gün də davam etdirildiyi, dünya birliyinin isə buna biganə yanaşmasının təəssüf doğurduğu bildirilib.

Sonda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən sənədli film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR