Ərdoğan: “Almaniya parlamentinin qərarı ikitərəfli əlaqələrə ciddi təsir edəcək”

Ərdoğan: “Almaniya parlamentinin qərarı ikitərəfli əlaqələrə ciddi təsir edəcək”
# 02 iyun 2016 14:22 (UTC +04:00)

Bakı –APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentinin uydurma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.

APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, Keniyada səfərdə olan R. T. Ərdoğan baş nazir Binəli Yıldırımla əlaqə saxladığını və qərarla bağlı ilk addımı müəyyənləşdirdiklərini bildirib: “İlk addım kimi səfiri geri çağırdıq. Almaniya parlamentinin qərarı Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcək. Vətənə qayıtdıqdan sonra oturub, geniş təhlil aparacağıq və sonrakı addımları müəyyənləşdirib, yekun qərar verəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR