Məhkəmə Moskvada bank müştərilini girov götürmüş erməni sahibkarın həbsi məsələsinə baxacaq

Məhkəmə Moskvada bank müştərilini girov götürmüş erməni sahibkarın həbsi məsələsinə baxacaq
# 26 avqust 2016 01:50 (UTC +04:00)

Bakı-APA. Moskvanın Presnya Rayon Məhkəməsi “Sitibank”ın filiallarından birində müştəriləri girov götürmüş erməni əsilli sahibkar Aram Petrosyan barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq.

APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbərinin böyük köməkçisi Yuliya İvanova bildirib.

Qeyd edək ki, ötən gün müflisləşmiş ehtimal edilən erməni əsilli rusiyalı sahibkar Aram Petrosyan “Sitibank”ın Moskvadakı filiallarından birində bir neçə müştərini girov götürərək partlayış törədəcəyi ilə hədələyib. Danışıqlar nəticəsində Petrosyan girovların hamısını azad edib, sonra isə təslim olub.

Hücumdan əvvəl internetdə dərc etdiyi video çarxda Aram Petrosyan müflisləşməsi səbəbindən avqustun 24-də rezonanslı cinayət törədəcəyini bildirib. O, müflisləşmənin Rusiyada artıq epidemiya xarakteri aldığını iddia edərək, Rusiya hökumətindən müflisləşmə problemi ilə məşğul olacaq dövlət orqanının yaradılmasını tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR