Putin: “Rusiyanın quru qoşunları Suriyada hərbi əməliyyatlarda iştirak etməyəcək”

Putin: “Rusiyanın quru qoşunları Suriyada hərbi əməliyyatlarda iştirak etməyəcək”
# 29 sentyabr 2015 01:44 (UTC +04:00)

Bakı-APA. Rusiyanın quru qoşunları Suriyadа hərbi əməliyyatlarda iştirak etməyəcək, lakin rəsmi Moskva Suriya ordusuna yardım etməyə hazırdır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Barak Obama ilə görüşündən sonra Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Biz Suriyaya əlavə yardım etməyə hazırıq, lakin quru əməliyyatlarda iştirakdan söhbət gedə bilməz. İŞİD ilə mübarizə Suriyada cərəyan edən siyasi proseslərlə paralel şəkildə aparılmalıdır”, deyə V.Putin vurğulayıb.

Bundan əvvəl Rusiya prezidenti İŞİD-ə qarşı genişmiqyaslı koalisiyanın yaradılmasını təklif etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR