Rumıniya səfiri: “Azərbaycan Avropanın enerji təhlükəsizliyi və Qafqazda sülhün qorunması baxımından vacib ölkədir”

Rumıniya səfiri: “Azərbaycan Avropanın enerji təhlükəsizliyi və Qafqazda sülhün qorunması baxımından vacib ölkədir”
# 12 yanvar 2016 13:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Azərbaycan Avropanın enerji təhlükəsizliyi və Qafqazdakı sülh və stabilliyin qorunması baxımından vacib ölkədir”.

APA-nın xəbərinə görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristianu Ciobanu NATO Beynəlxalq Azərbaycan məktəbinin “Kibertəhlükəszilik” mövzusundakı qış sessiyasında çıxışı zamanı bildirib.

Diplomat deyib ki, Azərbaycanın NATO ilə yaxından əməkdaşlıq etməsi geniş Qara dəniz-Xəzər dənizi bölgəsində stabillik və təhlükəsizliyin qorunmasında, birgə iqtisadi layihələrin reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Səfir diqqətə çatdırıb ki, Rumıniya NATO və Avropa İttifaqının üzvü olaraq Azərbaycanın Avropa və Avroatlantik institutlarla əlaqələrinin inkişaf etdirilməsində Azərbaycana dəstək olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR