Səhiyyə Nazirliyi: Məktəbliləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 12 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi: Məktəbliləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 12 nəfər xəsarət alıb
# 28 mart 2016 09:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakı şəhəri 71 saylı məktəbin şagirdləri qəzaya düşüb.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya deyib ki, məktəbliləri daşıyan mikroavtobusun Zabrat yolunda qəzaya düşməsi barədə müraciət daxil olub.

Hadisə yerinə 2 briqada, 71 saylı məktəbə isə 3 təcili yardım briqadası göndərilib. Nəticədə 7 nəfər Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına aparılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb və onlar 3 saylı xəstəxanaya aparılıb: "Onların xəsarətləri yüngül olub və hazırda heç bir problem yoxdur. Xəsarət alanlara yerində yardım göstərilib və hamısı evə buraxılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR