Qaxda oğruluqla məşğul olan 3 nəfərdən ibarət dəstə tutulub

Qaxda oğruluqla məşğul olan 3 nəfərdən ibarət dəstə tutulub
# 04 dekabr 2015 12:18 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda oğruluqla məşğul olan 3 nəfərdən ibarət dəstə tutulub. Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş 24 yaşlı Səbuhi Məmmədov, Şuşa şəhərindən məcburi köçkün 19 yaşlı Şəhriyar Məmmədli və 29 yaşlı Elnur Aşurov bir neçə vətəndaşın evinə giriblər.

Onlar Rasim İsrafilovun evindən ədəd televizor, DVD video, xalça, qaz balonu, ütü, tozsoran, ventilyator, qab-qacaq, geyim əşyaları və digər məişət əşyalarını oğurlayıblar. Bundan başqa, Hacıəhməd Cəbrayılovun evindən isə 130 manat pul, 330 gürcü larisi, 1000 rus rublu, ayaqqabı, corab, Ramiz Mirzəyevə məxsus maşından 150 manat aparıblar.

Saxlanılan şəxslər barəsində cinayət işi başlanıb, Qax rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR