BMT baş katibinin məsləhətçisi: “Humanitar sammit miqrant böhrannın həll yollarının tapılmasına yardım edə bilər ”

BMT baş katibinin məsləhətçisi: “Humanitar sammit miqrant böhrannın həll yollarının tapılmasına yardım edə bilər ”
# 23 may 2016 08:45 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “ Dünya Humanitar Sammiti miqrant və qaçqın böhran ilə bağlı problemlərə həll yollarının tapılmasına yardım edə bilər”.

APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin xüsusi məsləhətçisi Karen Abu Zeyd deyib. O bildirib ki, insanlar öz ölkələrini münaqişələr, yoxsulluq və təqiblərdən yaxa qurtarmaq üçün tərk edirlər: “Son il ərzində miqrant və qaçqınların axını onların faktiki olaraq qəbul edilməsi mexanizmini iflic edib. Bu baxımdan sammitdə bu məsələnin müzakirə edilməsi həddindən artıq vacibdir. Ümid edirik ki, bu məsələ barədə çox danışılacaq və insanlar öz hökumətlərindən sentyabrda bu məsələ ilə bağlı lazımi qərarın qəbulunu tələb edəcəklər” .

Qeyd edək ki, Dünya Humanitar Sammiti ilk dəfə Türkiyənin paytaxtı İstanbulda keçiriləcək. Sammitə 6000-dən çox nümayəndənin qatılacağı bildirilir. Onların arasında BMT baş katibi Pan Gi Mun, Almaniya kansleri Angela Merkel, beynəlxalq təkilatların nümayəndələri və vətəndaş cəmiyyəti nümayəndələri də olacaq.

Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak etmək üçün Türkiyəyə yollanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR