Bakı – APA. “Rusiyanın Ermənistana 200 milyon dollarlıq kreditin ayrılması haqqında saziş yerinə yetirilir”.
APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan bəyan edib.
Parlamentdə deputatların suallarını cavablandıran A. Nazaryan bildirib ki, saziş 80 faiz yerinə yetirilib.
Xatırladaq ki, söhbət Ermənistana hərbi texnikanı modernləşdirməyə imkan verən güzəştli kreditdən gedir.