Rusiyada perinatal mərkəzdə 2 həftə ərzində 8 körpə ölümü baş verib

Rusiyada perinatal mərkəzdə 2 həftə ərzində 8 körpə ölümü baş verib
# 19 yanvar 2016 14:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Rusiyanın Orlov şəhərindəki Perinatal Mərkəzdə iki həftə ərzində baş vermiş 8 uşaq ölümü ilə əlaqədar cinayət işi açılıb.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə Orlov vilayəti İstintaq İdarəsinin saytında məlumat verib.

Məlumata görə, ölüm halları Orlov vilayətindəki “Orlov Perinatal Mərkəzi”ndə baş verib.

“8 haldan 7-sində vaxtından əvvəl doğuş qəbul edilib, anadan olan körpələr müxtəlif patologiya və anomaliyalara malik olublar”,-deyə İstintaq İdarəsi qeyd edib.

İstintaq İdarəsindən bildiriblər ki, bu qədər qısa müddət ərzində eyni tibb mərkəzində yeni doğulanlar arasında xeyli ölüm halı qeydə alındığı üçün artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü maddəsi (səhlənkarlıq) ilə cinayət işi açılıb.

İstintaq hər körpə ölümünü araşdıracaq, habelə perinatal mərkəzdə işin təşkili qaydalarını yoxlayacaq.

Qeyd edək ki, yeni doğulanlar arasında ölüm halları 2016-cı ilin yanvarın 3-dən 18-dək olan müddət ərzində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR