Neftçalada çayda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

Neftçalada çayda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub
# 11 yanvar 2016 07:16 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Neftçala rayonunda 1 nəfər çayın yanındakı bənddən sürüşərək batmaq təhlükəsi ilə üzləşib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, vətəndaş nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 09:13-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR