Gəncə sakini növbəti dəfə sirkə turşusundan zəhərlənib

Gəncə sakini növbəti dəfə sirkə turşusundan zəhərlənib
# 06 mart 2016 08:41 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini, 1971-ci il təvəllüdlü Nahidə Məmmədova sirkə turşusundan zəhərlənmə ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Onun hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.

Məlumata görə N. Məmmədova bir neçə gün əvvəl də sirkə turşusu ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR