Dövlət Departamenti ABŞ-la Rusiya arasında Bəşər Əsədin taleyinə dair razılığa gəlinməsi məlumatını təkzib edib

Dövlət Departamenti ABŞ-la Rusiya arasında Bəşər Əsədin taleyinə dair razılığa gəlinməsi məlumatını təkzib edib
# 01 aprel 2016 22:47 (UTC +04:00)

Bakı-APA. ABŞ-la Rusiya arasında Suriya prezidenti Bəşər Əsədin taleyinə dair razılığa gəlinməsi məlumatı həqiqətə uyğun deyil.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin nümayəndəsi Elizabet Trüdo bəyan edib.

“Bu məlumat tam cəfəngiyatdır. BMT çərçivəsində Suriyada siyasi keçidlə bağlı danışıqlar davam edir. Məsləhətləşmələr aprelin ortalarında bərpa olunmalıdır”, deyə E.Trüdo bildirib.

Qeyd edək ki, Böyük Britaniyada nəşr olunan “Əl-Həyat” qəzeti ABŞ və Rusiya arasında B.Əsədin taleyinə dair razılığa gəlinməsi, onun digər ölkəyə köçməsi ilə bağlı məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR