Bakıda silahlı dəstə üzvləri zərərsizləşdirilib - SİYAHI

Bakıda silahlı dəstə üzvləri zərərsizləşdirilib - <span style="color: red;">SİYAHI
# 27 aprel 2016 09:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda silahlı dəstə zərərsizləşdirilib.

APA-nın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Kamil Quliyev, 1983-cü il təvəllüdlü Namiq İbayev, 1981-ci il təvəllüdlü Namiq Həşimov, 1985-ci il təvəllüdlü Orxan İbrahimov, 1989-cu il təvəllüdlü Məhərrəm Məmmədov saxlanılıblar.

K. Quliyevin üzərindən 2, 254 qram heroin, idarə etdiyi avtomobildən isə 1 ədəd nömrəsiz “Naqan” tipli tapança və 4 ədəd güllə; N. İbayevin üzərindən 2, 688 qram heroin, idarə etdiyi avtomobildən 1 ədəd avtomat, 1 ədəd içərisində 22 güllə olan daraq, N. Həşimovun üzərindən heroin, O. İbrahimovdan isə qurudulmuş marixuana, M. Məmmədovun üzərindən "Makarov" tipli tapança və 3 ədəd güllə aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR