BP "Çıraq" platformasında hasilatı 1 aydan sonra bərpa edib

BP "Çıraq" platformasında hasilatı 1 aydan sonra bərpa edib
# 11 dekabr 2015 09:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Planlaşdırılmış profilaktik işlər proqramından sonra "Azəri-Çıraq-Günəşli" yataqlar blokundakı “Çıraq” platforması dünəndən işə salınıb.

Bu barədə “APA-Economics”ə yataqlar blokunun operatoru olan “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Məlumata görə, proqram üzrə nəzərdə tutulmuş bütün işlər uğurla və tam təhlükəsiz şəkildə başa çatdırılıb.

Xatırladaq ki, noyabrın 10-da "Çıraq" platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR