Tehranda bazarda məişət qazı balonu partlayıb, 39 nəfər xəsarət alıb - YENİLƏNİB

Tehranda bazarda məişət qazı balonu partlayıb, 39 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 16 mart 2016 21:20 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. Bu gün yerli vaxtla saat 17:15 –də Tehranın “15 xordad” küçəsində bazarda partlayış baş verib. Partlayış nəticəsində 39 nəfər yaralanıb.

APA-nın İran müxbirinin hadisə yerindən verdiyi məlumata görə, partlayışa məişət qaz balonunun partlaması səbəb olub, ətraf mağazalara ziyan dəyib.

Araşdırmalar nəticəsində partlayışın terror hadisəsi olması ehtimalı təkzib edilib. Hadisə zamanı yaralananlar ətraf xəstəxanalara çatdırılıb. Yaralılardan 12-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, “15 xordad” küçəsində Tehranın əsas və ən böyük bazarı yerləşir. Novruz bayramına görə, bazarda insanların sayı daha çox olub.

***

23:20

Bakı-APA. İranın paytaxtı Tehranda məişət qazı balonunun partlaması nəticəsində 39 nəfər xəsarət alıb.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tehran Fövqəladə Hallar üzrə İdarənin rəisi Həsən Abbasi bildirib.

Onun sözlərinə görə, partlayış paytaxtın “Böyük Bazarı”nda qeydə alınıb. “39 nəfər ağır xəsarətlərlə xəstəxanalara çatdırılıb”, deyə H.Abbasi qeyd edib.

Həmçinin bildirilir ki, partlayış yanğına səbəb olub. Yanğınsöndürənlər qısa müddətdə alovu söndürüblər. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR