Bakıda daha bir polis rəisi işdən çıxarılıb - VİDEO

Bakıda daha bir polis rəisi işdən çıxarılıb - <span style="color: red;">VİDEO
# 22 oktyabr 2015 07:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda daha bir polis rəisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR