İsrail hərbçiləri dörd fələstinlini öldürüb

İsrail hərbçiləri dörd fələstinlini öldürüb
# 25 dekabr 2015 04:59 (UTC +04:00)

Bakı-APA. İsrail hərbçiləri onlara hücum edən dörd fələstinlini öldürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Fələstinin Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, bununla oktyabrın əvvəlindən bu vaxtadək ümumilikdə 133 fələstinli İsrail hərbçiləri tərəfindən öldürülüb.

Məlumata görə, fələstinlilərdən biri yəhudilərin yaşadığı Ariel yaşayış məntəqəsi yaxınlığında bıçaqla iki mühafizəçiyə hücum etməyə cəhd edərkən öldürülüb, digəri Xevron yaxınlığında İsrail ordusunun blok-postuna hücum edərkən öldürülüb. Daha bir fələstinli idarə etdiyi avtomobillə Qüds yaxınlığında posta çırpmağa cəhd edib.

Dördüncü fələstinli isə İsrail hərbçilərinin Kalandiyada keçirdiyi reyd zamanı toqquşmada öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR