Türkiyədə "Azərbaycanşünaslıq: Keçmişi, bu günü və gələcəyi" mövzusunda simpozium keçirilir - FOTOSESSİYA

Türkiyədə "Azərbaycanşünaslıq: Keçmişi, bu günü və gələcəyi" mövzusunda simpozium keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 22 oktyabr 2015 14:57 (UTC +04:00)

Qars. Nizami Məmmədzadə-APA. Bu gün Türkiyənin Qars şəhərində "Azərbaycançünaslıq: Keçmişi, bu günü və gələcəyi" mövzusunda beynəlxalq simpozium başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Qars Qafqaz Universitetində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyatı bölməsinin 10 illik yubileyinə, həmçinin dil, folklor, ədəbiyyat, sənət və tarix məsələlərinə həsr olunub.

Simpoziumun açılış mərasimində Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycanın Qars şəhərindəki baş konsulu Ayxan Süleymanlı, Qars Qafqaz Universitetinin və Ərdahan Universitetinin rektorları professor Sami Özcan, professor Ramazan Qorxmaz və başqaları çıxış edərək Azərbaycanşünaslığın tarixindən, Azərbaycan və Türkiyə arasında ortaq mədəniyyət haqqında fikir və təkliflərini bildiriblər.

Universitetin Azərbaycan dili və ədəbiyyatı bölümünün müdiri, dosent Adəm Balqaya tədbirə Türkiyənin müxtəlif universitetlərindən, Azərbaycan, Gürcüstan, İran, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdən 100-ə yaxın alim və araşdırmaçının qatıldığını bildirib.

Simpozium sabah davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR