Sentyabr ayı üzrə “Elektron hökumət” tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə statistika açıqlanıb

Sentyabr ayı üzrə “Elektron hökumət” tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə statistika açıqlanıb
# 09 oktyabr 2015 08:21 (UTC +04:00)


Bakı. Ramiz Mikayıloğlu - APA. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bu ilin sentyabr ayı ərzində bütün qurumlar üzrə “Elektron hökumət” portalı tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə statistikanı açıqlayıb.

APA-nın məlumatına görə, 43 dövlət qurumunun yer aldığı siyahıda birinci yerdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yer alıb.

Nazirliyin “Elektron hökumət” portalında sentyabr ayı ərzində təqdim etdiyi 44 elektron xidmətdən 329 min 73 nəfər istifadə edib. İkinci yerdə qərarlaşan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi 7 elektron xidmətdən 236 min 714 nəfər, üçüncü yerdə qərarlaşan Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi 18 elektron xidmətdən 94 min 102 nəfər istifadə edib.

Elektron arayışlar üzrə 12 elektron xidmətdən 48 min 258 nəfər istifadə edib. Beşinci yerdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qərarlaşıb. Komissiyanın təqdim etdiyi 15 elektron xidmətdən sentyabr ayı ərzində 40 min 790 nəfər istifadə edib. Son üçlükdə isə Müəllif Hüquqları Agentliyi, Energetika Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti qərarlaşıb. Müəllif Hüquqları Agentliyinin sentyabr ayı ərzində təqdim etdiyi 5 elektron xidmətdən cəmi 26 nəfər, Energetika Nazirliyinin təqdim etdiyi 5 elektron xidmətdən 21 nəfər, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi 2 elektron xidmətdən isə 11 nəfər istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR