Salyanda fərdi ev yanıb

Salyanda fərdi ev yanıb
# 26 noyabr 2015 00:19 (UTC +04:00)

Bakı-APA. Salyanda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 121 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 02:33-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR