Azərbaycanda sığorta bazarının 62%-i könüllü formalaşıb

Azərbaycanda sığorta bazarının 62%-i könüllü formalaşıb
# 16 sentyabr 2015 11:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62%-i və ya 194,1 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.

APA-Economics”in məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, bu, ötən ilin eyni dövrüylə müqayisədə 5,1% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 118,8 mln. manat və ya bazarın 38%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 20,4% böyüyüb.

8 ayda ümumi ödənişin 75,3%-i və ya 87,5 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 15% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 28,7 mln. manat və ya ümumi bazarın 24,7%-ni təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 4,4% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 45,1 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 41,2 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,8 manatdan 24,1 manata düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR