İran və Hindistan birgə hərbi təlimlər keçirəcək

İran və Hindistan birgə hərbi təlimlər keçirəcək
# 26 fevral 2016 00:53 (UTC +04:00)

Bakı-APA. İran və Hindistan birgə hərbi təlimlər keçirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Hərbi-Dəniz Qüvvələrini komandanı, kontr-admiral Həbibulla Səyari bildirib.

“Biz Hindistan ordusu ilə qısamüddətli təlimlər keçirəcəyik və xilasetmə əməliyyatların daxil olacağı genişmiqyaslı taktiki manevrlər keçirmək niyyətindəyik”, - deyə Səyari bildirib.

İranın Hərbi-Dəniz Qüvvələrini komandanı bildirib ki, birgə hərbi təlimlərin keçirilməsi barədə razılaşma Hindistan Silahlı Qüvvələrinin nümayəndəsi ilə keçirilən görüş zamanı əldə olunub. Görüşdə tərəflər əməkdaşlıq və Hind okeanında təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Səyari birgə təlimlərin tarixi və müddəti barədə məlumat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR