Siyəzəndə başqasının bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Siyəzəndə başqasının bank hesabından pul oğurlayan şəxs saxlanılıb
# 10 dekabr 2015 09:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Siyəzəndə başqasının bank hesabından pul oğurlayan şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 10-da Siyəzən şəhər sakini Samirə Cavadovanın Unibankdakı hesabından 365 manat çıxarılaraq oğurlanıb.

Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun şəhər sakini, əvvəllər məhkum olunmuş Sərvər Mirzəyev tərəfindən törədilməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR