Nigar Köçərli baş prokurorun 1-ci müavini Rüstəm Usubovla görüşüb

Nigar Köçərli baş prokurorun 1-ci müavini Rüstəm Usubovla görüşüb
# 19 fevral 2016 10:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb.

APA-nın məlumatına görə, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.

N. Köçərli bildirib ki, Rüstəm Usubov onu baş prokuror Zakir Qaralovun tapşırığı ilə qəbul edib və şikayətini dinləyib: “Rüstəm Usubov Nəsimi Rayon Polis İdarəsində baş verən hadisə, istintaq işinin bağlanması ilə bağlı şikayətimi diqqətlə və təfərrüatı ilə, eləcə də xüsusi hörmətlə, səbrlə dinlədi. Bu münasibətə görə ona minnətdaram”.

R. Usubov onun şikayətini baş prokurora çatdıracağını deyib.

Qeyd edək ki, 2015-ci ilin sentyabrında “Əli və Nino”nun ofisindən 13 min manat pul oğurlanıb. N. Köçərli bu hadisə ilə bağlı bu həftə Nəsimi Rayon Polis İdarəsinə çağırılıb. Oradan çıxdıqdan sonra isə polislər tərəfindən təzyiqə məruz qaldığını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu iddianı təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR